Astanada Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş keçirilib.
Nazirlər MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.
Xatırladaq ki, Ermənistan XİN-in yaydığı məlumata görə, oktyabrın 14-ü Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri – Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun görüşü olacaq.