7 C
Baku
Sunday, December 15, 2024

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Daşkənddə keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2023-cü il aprelin 14-də Daşkənddə keçiriləcək.

Bu barədə qərar MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında qəbul edilib.

Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Tədbirin yekunlarına əsasən, nazirlər 2023-cü il üçün MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planını, eləcə də növbəti 2 il üçün Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planını təsdiq ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər