Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Era Construction” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Binəqədi rayonunda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında qalan əsaslı təmir və yenidənqurma işlərinin satın alınması” nəzərdə tutulub.
Müqavilənin dəyəri 3 088 102 manatdır.