BMT-nin baş katibi Antoniu Quterreş cümə günü Vaşinqtona səfər edərək bir sıra görüşlər keçirəcək.
Bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, baş katib Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva və Dünya Bankında (DB) prezident David Malpass ilə ikitərəfli görüşlər keçirəcək və DB-nın İnkişaf Komitəsinin plenar iclasında çıxış edəcək.
S.Düjarrik əlavə edib ki, baş katib ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə də görüşəcək. Sözçünün sözlərinə görə, A.Quterreşin dünyada cərəyan edən bir sıra aktual problemlərin müzakirəsi üçün Ağ Evin və ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşü planlaşdırılır.