6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda mühərrik yağlarının qiyməti 50 faiz bahalaşıb – Video

Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb.

Əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var. Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.

Bəs buna səbəb nədir?

Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir. Sahibkar vurğılayıb ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Son xəbərlər
Digər xəbərlər