Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 668 elektron bilet satıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Biletin qiymətinə təyinat məntəqəsinədək yerləşmə, təmiz yataq dəsti və qidalanma daxildir.
Elektron bilet almaq üçün ASCO-nun internet səhifəsinin (www.asco.az) “Elektron xidmətlər” bölməsinin “Tarif hesablanması və bilet satışı” alt bölməsinə daxil olmaq lazımdır. Xidmətdən istifadə zamanı müştəri yükün növünə uyğun çıxdığı və gedəcəyi limanı, həmçinin sistem tərəfindən tələb olunan digər məlumatları daxil etdikdən sonra biletin qiyməti avtomatik hesablanacaq. Bərə ilə yük göndərmək istəyən müştərilər “Elektron xidmətlər” bölməsinin “Daşıma tarifləri” alt bölməsinə daxil olaraq göndərmək istədikləri yükə uyğun qiymətlərlə tanış ola bilərlər.