Yanvar-sentyabr aylarında Azərbaycanda 824 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Onlardan 455 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata əsasən, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36% çox olmaqla 700 mln. manat, Prezident təqaüdləri üzrə 29% çox olmaqla 402 mln. manat ödənilib.
Bildirilir ki, bu ilin 9 ayında 179 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 400 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.