13 C
Baku
Friday, November 22, 2024

Rusiya Monteneqronun xarici işlər və müdafiə nazirlərinin ölkəyə girişini qadağa edib

Monteneqronun xarici işlər və müdafiə nazirlərinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş direktoru S.Kenterenin Rusiyaya girişi qadağan olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, Rusiya Federasiyasına girişin qadağan edilməsi ilə bağlı Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyinin notası göndərilib.

Bu tədbirin bu ilin sentyabrında qəbul edilmiş Monteneqro tərəfinin Rusiyanın Podqoritsadakı səfirliyinin diplomatlarını “persona non-qrata” elan etməsinə cavab olduğu qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər