Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə Bakı şəhər sakini T.Qurbanzadənin bank hesabından 246 manatının oğurlanması barədə müraciət daxil olub.
Banker.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Həsənli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.