Çexiya hakimiyyəti enerji böhranı fonunda fiziki şəxslər və iş adamları üçün vergiləri artırmayacaq.
Bunu ölkənin Baş naziri Petr Fiala “TV Nova” telekanalında çıxışı zamanı deyib.
Baş nazir əlavə edib ki, enerji böhranı səbəbindən qazancları artan şirkətlərin əldə etdiyi mənfəətdən müvəqqəti vergi tutulacaq. Söhbət, Nazirlər Kabinetinin nümayəndələrinin bir qədər əvvəl bildirdiyi kimi, milli enerji bazarında iştirak edən və ona xidmət göstərən ən böyük Çexiya şirkətlərindən gedir.
Fiala xatırladıb ki, hökumət son vaxtlar ölkədə ev təsərrüfatları, eləcə də kiçik və orta biznes üçün qaz və elektrik enerjisinin qiymətlərini məhdudlaşdırıb. Bu məqsədlər üçün dövlət büdcəsindən ən azı 100 milyard kron (təxminən 4.4 milyard avro) xərclənəcək.