“Rusiya ordusu Ukraynanın Sumı vilayətinə raket zərbəsi endirib”.
Bunu Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Jiviçkiy açıqlayıb.
Onun sözlərinə görə, vilayətin Romen bölgəsində vacib infrastruktur obyektlərinə zərbələr endirilib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.