10 C
Baku
Wednesday, December 11, 2024

“Rusiya ilə viza rejiminin nəzərdən keçirilməsinə ehtiyac yoxdur”

Hazırkı nəzarət mexanizmləri ölkənin üzləşdiyi çağırışlara tam cavab verir, ona görə də bu mərhələdə mən şəxsən viza rejiminin nəzərdən keçirilməsinə ehtiyac görmürəm.

Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Rusiya ilə viza rejiminin tətbiqinin mümkünlüyünə dair sualı cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, viza rejiminin tətbiqi o halda nəzərdən keçirilə bilər ki, ölkədəki mövcud nəzarət mexanizmləri təhlükəsizlik baxımından lazımi standartlara cavab verə bilməsin.

Qeyd edək ki, bu gün Moldovada səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsinin Rusiya ilə viza siyasətinin kifayət qədər liberal olduğunu və bir daha nəzərdən keçirilməsinin istisna edilmədiyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər