10 C
Baku
Thursday, November 28, 2024

Qarabağda innovativ maliyyə-bank xidmətlərinin göstərilməsi müzakirə edilib

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin ekspertləri Şuşaya səfər edərək işğaldan azad olunmuş ərazilərdə innovativ maliyyə-bank xidmətlərinin göstərilməsini müzakirə edib.

Bu barədə ABA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində bank mütəxəssisləri həmçinin Şuşanın tarixi memarlıq abidələrini ziyarət edib, onlara şəhərin tarixi-mədəni irsi ilə bağlı məlumat verilib.

ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər