Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi ağır cinayətlərə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan vətəndaşların müharibəyə səfərbər edilməsinə icazə verən düzəlişləri təsdiqləyib.
Bu barədə BBC məlumat yayıb.
Rusiyada 1997-ci ildən “Rusiya Federasiyasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanun qəbul ediləndən sonra ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin səfərbərliyi qadağan edilib. Bu qadağa bu qanunun 17-ci maddəsinin 4-cü hissəsində yazılıb.
Yeni təşəbbüsün müəllifləri Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun birinci müavini Andrey Krasov olub.
Dəyişikliklərə Dövlət Dumasının oktyabrın 18-də keçiriləcək iclasında baxılacağı gözlənilir.