8.6 C
Baku
Thursday, November 28, 2024

BƏƏ: “OPEC+” ölkələrinin neft hasilatını azaltmaq qərarı texniki xarakter daşıyır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanının enerji təhlükəsizliyi sahəsindəki səylərini dəstəkləyir və “OPEK+”un neft hasilatının azaldılması ilə bağlı son qərarının siyasi xarakter daşıdığına dair iddiaları rədd edir.

Bu barədə BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bazar ertəsi yaydığı açıqlamada deyilir.

“Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanının enerji sabitliyinə və təhlükəsizliyinə nail olmaq, o cümlədən dünya iqtisadiyyatının inkişafına töhfə verəcək neft istehsalçıları və istehlakçılarının maraqlarını təmin etmək səylərini tam dəstəkləyir”, – deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, “OPEK+” ölkələrinin neft hasilatını azaltmaq qərarı razılıq əsasında qəbul edilib və “texniki xarakter daşıyır”. Nazirlik həmçinin bazarın bütün iştirakçılarının maraqlarına cavab verən konstruktiv dialoqun zəruriliyini vurğulayıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər