Finlandiya hökuməti rusiyalıların əmlakının müsadirə edilə biləcəyini açıqlayıb.
Eyni zamanda qeyd edilib ki, bu hal Rusiya vətəndaşlarına məxsus əmlakların ölkənin təhlükəsizliyi üçün vacib olan ərazidə yerləşdiyi təqdirdə mümkün ola bilər.
Bu barədə Finlandiya müdafiə naziri Antti Kaykkonen bəyanat verib.
“Həmçinin real risk müəyyən edilərsə və kifayət qədər əsaslar təqdim olunarsa, bu mümkündür”, – deyə nazir qeyd edib.
O əlavə edib ki, yaxın həftələrdə daşınmaz əmlakla bağlı əməliyyatlara dair qanunvericiliyin sərtləşdirilməsi üçün təklifləri ölkə parlamentinə təqdim edəcək. Təklifdə müştərilər Avropa İttifaqının (Aİ) vətəndaşı olmadığı halda sərtləşdirilmələrin tətbiq edilməsi nəzərdə tutulacaq.