13 C
Baku
Sunday, November 24, 2024

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər

Kiyev İranla diplomatik münasibətləri kəsməyi nəzərdən keçirəcək.

Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında bildirib.

“Ali Radaya İranla diplomatik münasibətlərin dayandırılması və onun terrorizmin himayədarı kimi tanınması haqqında qərar layihəsi təqdim edilib. Həmçinin Rada BMT-yə, AŞPA-nın Avropa Parlamentinə, ATƏT-in Parlament Assambleyasına, NATO və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, dünya hökumətlərinə lazımi tədbirlər görməyə çağırışla müraciət etməlidir”, – deyə deputat yazıb.

Onun sözlərinə görə, İran Rusiyanı dronlarla təmin edir, daha sonra onlardan Ukraynada dinc əhalini öldürmək üçün istifadə olunur. Bundan başqa, parlamentari Tehranın 300-700 km məsafədə hədəfləri vuran ballistik raketləri Rusiyaya təhvil verməyə hazırlaşdığı barədə də məlumatlar var.

“ABŞ artıq İranı terrorizmin sponsoru kimi tanıyıb. Ona görə də Ukrayna bu məsələni milli qanunvericilik səviyyəsində qaldıra, həmçinin digər dövlətlər tərəfindən belə qərarların qəbul edilməsini tələb edə bilər”, – deyə parlamentari bildirib.

Qonçarenko yekunda bunun son dərəcə mühüm qərar olduğunu bildirərək, Şuranın ən qısa zamanda qətnaməyə baxacağına ümidini ifadə edib.

Untitled 1 1

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər