İran Rusiyaya yer-yer tipli raketlər, həmçinin əlavə dronlar tədarük edəcəyinə söz verib.
Bu barədə “Reuters” iki ali İran rəsmisinə və iranlı iki diplomata istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında müvafiq razılaşma oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Moxbar, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki rəhbər rəsmisi və İran Ali Milli Təhlükəsizlik Şurasının bir rəsmisinin oktyabrın 6-da silahların tədarükü ilə bağlı Moskvaya səfəri zamanı əldə edilib.
“Reuters“ə danışan mənbənin sözlərinə görə, rusiyalılar İrandan əlavə dronlar və dəqiqliyi artırılmış ballistik raketlər, xüsusilə də “Fateh” və “Zülfüqar” raketləri istəyiblər.