®Dövlət bankı Azər Türk Bank xidmətlərin keyfiyyətinin artırılması və müştərilərin bank xidmətlərindən istifadəsinin asanlaşdırılması məqsədilə daim yeniliklər və təkmilləşdirmələr həyata keçirməkdədir.
Bu sıradan Bankın “atb business” internet bankçılıq xidməti üzrə daha bir neçə yenilik müştərilərin istifadəsinə verilmişdir.
Belə ki, hazırda müştəri İnternet bankçılıq xidmətində hesabı ilə bağlı daha ətraflı məlumat əldə edə biləcəkdir. atb business-in “Ətraflı məlumat” xanasına daxil olmaqla istifadəçi kartın şifrələnmiş nömrəsini, kartın bitmə tarixini, kartın statusunu, mövcud balansı, kart sahibinin ad və soyadını görə biləcəkdir.
Eyni zamanda digər əməliyyatları, o cümlədən kartın bloklanması, yaxud blokdan çıxarılması, kartın şifrəsi 3 dəfə yanlış yığılıbsa, PİN kodun sıfırlanmasını həyata keçirmək mümkündür.
Digər yenilik hesaba qoyulan sərəncamlarla bağlıdır. Bu sahədə yenilik ondan ibarətdir ki, müştəri İnternet bankçılıq xidmətinə qoşularaq, Mülki Məcəllənin 965-ci maddəsində göstərilən hallar nəzərə alınmaqla, hesabında sərəncam olmasına baxmayaraq, “Köçürmələr” menyusu vasitəsilə ölkədaxili, bankdaxili, büdcə köçürmələri və “Əmək haqqı” menyusu vasitəsilə əmək haqqı ödənişləri edə biləcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.