10 C
Baku
Saturday, November 23, 2024

Reuters: Aİ liderləri çətin ki, qaz qiymətlərinin məhdudlaşdırılması ilə bağlı razılığa gəlsinlər

Avropa İttifaqının dövlət və hökumət başçıları, yəqin ki, qaz qiymətlərinin həddi ilə bağlı razılığa gələ bilməyəcəklər.

Agentliyin məlumatına görə, Aİ-nin oktyabrın 20-də başlayacaq sammiti çərçivəsində “mavi yanacağın” birgə alınmasına dair razılaşma gözlənilir.

Qeyd olunub ki, daxili fikir ayrılıqları Aİ-yə qazın “qiymət tavanını” tətbiq etməyə mane olur, çünki böyük iqtisadiyyatları olan Almaniya və Niderlandın təmsil etdiyi blok bu cür tədbirlərə qarşı çıxır.

Lakin Fransa və Polşa da daxil olmaqla, 15-ə yaxın ölkə bəzi məhdudiyyətləri dəstəkləyir.

“Razılaşma ehtimalı çox azdır. Görünür fikirlər həqiqətən fərqlidir”- yüksək rütbəli avropalı diplomat deyib.

Eyni zamanda, gözlənildiyi kimi, Aİ liderləri təkcə qazın birgə alışı ilə bağlı deyil, həm də mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün alternativ qiymətdə razılığa gələ bilərlər.

Bundan əlavə, dövlət və hökumət başçıları enerji böhranı şəraitində öz vətəndaşlarının və iqtisadiyyatlarının dəstəklənməsi ilə bağlı məsələləri müzakirə etməlidirlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər