Sakinlər Şuşada tikilən binalara bu tarixdən köçürüləcək

2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.

Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.

Şuşada məktəbin tikilişinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: “Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il yəqin ki təhvil veriləcək”.

O da qeyd olunub ki, Şuşada ilin 6 ayı demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər