Rusiyanın büdcə kəsirinin maliyyələşdirilməsi üçün Milli Rifah Fondundan 1 trilyon rubl (16.25 milyard ABŞ dolları) ayrılacaq.
Bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.
Qeyd edək ki, sentyabrda Milli Rifah Fondunun ehtiyatları 1 trilyon rubl azalaraq oktyabrın 1-nə 10.8 trilyon rubl təşkil edib.
Qərbin sanksiyaları ilə Rusiya büdcəsində qarşıdakı 3 il ərzində kəsir olacağı gözlənilir.