12 C
Baku
Saturday, November 23, 2024

Britaniyada “Amazon”a qarşı yüz milyonlarla funt sterlinq dəyərində iddia qaldırılıb

Böyük Britaniyada milyonlarla istifadəçi adından “Amazon” şirkətinə qarşı iddia qaldırılıb.

900 milyon funt sterlinq məbləğində iddia bu ayın sonunadək məhkəməyə təqdim olunacaq.

Qeyd olunur ki, “Amazon” onlayn satış bazarında dominant vəziyyətindən sui-istifadə edir və istehlakçılara maddi ziyan vurur. İddiaya əsasən, “Amazon” gizli alqoritm vasitəsilə istifadəçiləri daha baha məhsullar almağa yönəldir.

Şirkət öz növbəsində ittihamları qəbul etməyib.

Qeyd edək ki, “Amazon” 1994-cü ildə iş adamı Ceff Bezos tərəfindən kitab satışı platforması kimi yaradılıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər