Vaşinqtonda “iranlı hərbçilərin Krımda Rusiya ordusuna PUA-larla təlim keçdiyi” iddiaları müzakirə olunur.
Ağ Evdən sonra Pentaqonun sözçüsü Patrik Rayder də gündəlik mətbuat konfransında Rusiyanın Ukraynanı İranın dron sistemləri ilə hədəf aldığını və İran əsgərlərinin rus əsgərlərinə pilotsuz təyyarə təlimi verdiyini təsdiqləyib.
“Biz İranın təkcə Yaxın Şərqdə deyil, digər bölgələrdə də terrorun ixracında şərik olduğunu görürük”, – Rayder deyib.
Ukraynaya dəstəyi davam etdirəcəklərini deyən Rayder, “Dronların təsirinə gəlincə, bunu daha əvvəl məndən eşitmiş ola bilərsiniz. Bunlar qorxu yaratmaq üçün psixoloji silah kimi istifadə edilir. Amma əməliyyat baxımından bu, Rusiyanın mövqelərini itirməsi faktını dəyişmir” söyləyib.