Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.