14 C
Baku
Saturday, November 23, 2024

PAŞA Kapital investisiya hesablarının açılmasına asanlıq gətirdi

®PAŞA Kapital İnvestisiya Şirkəti rəqəmsal infrastruktur imkanlarını artıraraq broker və marja ticarəti hesablarının açılması üzrə “ASAN İMZA” funksionallığını tətbiq etməyə başlamışdır.

Artıq şirkət ofisinə gəlmədən bütün fiziki şəxslər qısa zaman ərzində öz investisiya hesablarını yaradaraq istər xarici, istərsə də yerli kapital bazarlarında yatırım fürsətlərindən faydalana biləcək.

Belə ki, investor olmaq istəyən şəxslər pashacapital.az saytı vasitəsilə “Hesab aç” bölməsində öz şəxsi məlumatlarını doldurduqdan sonra investisiya müqaviləsini asanlıqla imzalayaraq mövcud xidmətlərdən yararlana bilərlər. 

Şirkət həmçinin “ASAN İMZA”sı olmayan fiziki şəxsləri də düşünərək hesab açılışı prosesini asanlaşdırıb. ASAN İmza olmadığı halda müştəri müqavilə tərtibi (hesab açılışı) səhifəsi vasitəsilə öz faktiki olduğu ünvanı qeyd edib sənədlərin ünvana çatdırılmasını seçərək qısa zamanda hesab aça bilər. Və ya elə həmin səhifə vasitəsilə uyğun gün təyin edərək (Randevu bölməsində) şirkət ofisində imza atması üçün sorğu göndərə bilər.

Bu yeni funksionallıq fiziki şəxslərin sənədləşmə prosesinin daha sürətli etməsinə və xidmətlərdən daha effektiv faydalanmasına zəmin yaradacaq. Şirkət, investisiya xidmətlərinin rəqəmsallaşması istiqamətində hal-hazırda da çalışmaqdadır və əsas məqsədlərdən biri ölkəmizdə bu sektorun müvafiq məhsullarını onlayn məcraya daşıyaraq inkişafına nail olmaqdır.

“10 il yüksələn xətlə” investisiya sektorunda uğurla addımlayan PAŞA Kapital şirkəti öz fəaliyyəti çərçivəsində müştəriyönümlü olaraq yenilikləri “effektiv və faydalı xidmət” prinsipi ilə daim tətbiq etməyi özünə məqsəd qoymuşdur. Şirkətin növbəti illərdəki strateji planı ölkədə bu sektora marağın artırılması, yeni xidmətlərin formalaşması, həmçinin, vətəndaşlar üçün alternativ və daha uğurlu investisiya həllərinin tətbiqi yönümündədir. 

Son xəbərlər
Digər xəbərlər