Qərbi Balkan regionunda elektrik enerjisinin qiymətinin ən yüksək olduğu ölkə Monteneqrodur.
Monteneqronun Statistika Agentliyi olan “Monstat”ın məlumatına görə, ölkədə elektrik enerjisinin bir kilovatt/saatının orta qiyməti 9.7 sentdir.
Elektrik enerjisinin kilovatt/saat qiyməti Albaniyada 9.4 sent, Şimali Makedoniyada 9.3 sent, Bosniya və Herseqovinada 8.3 sent, Serbiyada 8 sent, Kosovoda 6.5 sent təşkil edir. Avropa İttifaqında isə orta qiymət 23.5 sent hesablanıb.
Beləliklə, Qərbi Balkan regionunda ən ucuz elektrik enerjisi Kosovoda, ən bahalısı isə Monteneqrodadır.