14 C
Baku
Saturday, November 23, 2024

İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yol bu tarixdə hazır olacaq

“Ermənistandan yan keçməklə İranla sərhəddən keçən körpülərin artıq tikintisinə başlanılıb. Bu yol artıq İran üzərindən çəkilib və təxminən 2024-cü ildə hazır olacaq”.

Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, yeni yol İran, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

Şahin Mustafayev əlavə edib ki, Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsinə çevriləcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir. Bu nəqliyyat dəhlizi boyu fəal şəkildə işlər həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər