11 C
Baku
Monday, November 25, 2024

Binəli Yıldırım və Şamil Ayrımın son vəziyyətləri açıqlanıb

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu məlum olub.

Bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay tviterdə yazıb.

O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət etdiyini və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər