14 C
Baku
Saturday, November 23, 2024

Nağd dollara tələb düşüb – ARDNF ilin ilk 10 ayında banklara $3.8 mlrd. satıb

Azərbaycanda oktyabrda aylıq müqayisədə bankların hərraclarda dollara tələbi 24.5%, ötən ilin eyni ayı ilə müqayisədə 40.3% azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə hərrac məlumatlarına istinad edir.

2022-ci ilin oktyabrda banklar ARDNF-dən planlaşdırılmış 8 valyuta hərracında cəmi 322.2 milyon  ABŞ dolları həcmində valyuta alıblar.

Hərraclarda ən yüksək nəticə 25 oktyabrda ($67.4 mln.) və ən aşağı isə 11 oktyabrda ($24 mln.) qeydə alınıb.

Beləliklə, ilin ilk 10 ayında manatın məzənnəsinin lövbərdə – 1.7000-da qalması üçün  3 milyard 819.20 milyon ABŞ dolları valyuta satmalı olub. Bu da 2021-ci ilin eyni dövründən 1 milyard 28.92 milyon dollar, yaxud 21.2% azdır.

123121221

Qeyd edək ki, Azərbaycanda nağd dollara tələbin bu qədər az olmasına səbəb ölkə daxilində dollara tələbin bir qədər zəifləməsi, hətta satış meyillərinin çox olması ilə əlaqəlidir. Məsələn, 2022-ci ilin aprelindən bu tərəfə banklar əhaliyə satdığı dollar alışdan azdır. Bu da dolların banklara axınını səciyələndirir.

Neftin qiymətinin yüksək olması ölkənin ticarət balansındakı profisitli 18 mlrd. dollara çatdırıb, bu da öz növbəsində profisitli tədiyyə balansını dəstəkləyir. Digər tərəfdən hökumət və Mərkəzi Bank manatın məzənnəsinin sabit qalmağında inflyasiyanı azalmaq (əsasən idxal) baxımından maraqlıdır.

Son xəbərlər
Digər xəbərlər