Putin KTMT-nin növbədənkənar sammitində iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammtinə videokonfrans formatında qatılacaq.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bildirilib ki, sessiyada 2022-ci il sentyabrın 15-ə KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekununun müzakirəsi planlaşdırılıb.

Qeyd olunub ki, toplantıda Ermənistana yardım göndərilməsi üzrə birgə tədbirlərə də baxılacaq.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər