Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ilin yanvar-sentyabr aylarını 23.7 milyon manat xalis mənfəətlə tamamlayıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə isə BOKT-lar 5.6 mln. manatlıq mənfəətlə tamamlamışdı.
BOKT-lərin faiz gəlirləri illik müqayisədə 69.2 mln. manat, faiz xərcləri isə 12.5 mln. manat olub.
Onların qeyri-faiz gəlirləri 14 mln. manat və qeyri-faiz xərcləri isə 42.6 mln. manat təşkil etməklə, yarımili 28.1 mln. manatlıq əməliyyat mənfəəti ilə tamamlayıblar.