Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, bu gün saat 10:00-dan “Qum Məişət (Qİİ)”, “ALKO”, “Naximov”, “Müşfiq əhali”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAzertac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər