Gələn ilin “Büdcə zərfi”ndə Azərbaycanın icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi ilə bağlı hüquqi aktın layihəsinə əsasən Fondun qeyri-maliyyə aktivləri (tikinti, avadanlıq alışı, İT infrastruktur və s.) üzrə xərclər 90 milyon manatdan çox proqnozlaşdırıldığı halda, icmal büdcədə tam nəzərə alınmayıb.
Bu barədə Hesablama Palatasının “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, belə ki, dövlət büdcəsində qeyri-maliyyə aktivləri üzrə xərclər 9 599,1 milyon manat, icmal büdcədə isə 9 649,1 milyon manat nəzərdə tutulub.