Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xocasən-Lökbatan yolundakı Xocəsən elektrik stansiyasının qarşısında yeni yerüstü piyada keçidi tikir.
Banker.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, layihə üzrə keçidin ümumi uzunluğu 30 metr, daxili eni 3,8 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə montaj işləri görülür.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.