Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 31 oktyabr 2022-ci il tarixinə 7 milyard 803 milyon dollar olub.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.
Beləliklə, oktyabr ayında 136 mln. dollar (1.8%), ilin əvvəlindən isə 728 mln. dollar (10%) artmışdır.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov son faizə dair mətbuat konfransında bildirmişi ki, milli valyutaya tələb var, ona görə valyuta bazarı institutlar üçün alışyönümlüdür. Dövlət Neft Fondu bu il valyuta bazarında 820 mln. dollar qənaət edib. Eləcə də, bu fürsətdən istifadə edən AMB, manat satıb, 967 mln. dollar alış edib.