14 C
Baku
Saturday, November 23, 2024

İsrail seçkiləri: Netanyahu hakimiyyətə qayıda bilər

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu yenidən hakimiyyətə qayıda bilər.

Bu, İsrailin üç aparıcı telekanalının Knesset seçkilərinin nəticələrinə dair dərc etdiyi “exit-poll” hesabatlarında məlum olub.

Hesablamalara görə, Netanyahunun Likud partiyasının rəhbərlik etdiyi sağçı siyasi blok 120 mandatdan 61- 62-sini, yəni yarısından çoxunu qazana bilər. Bu, parlament çoxluğu əldə etmək və hökuməti formalaşdırmaq üçün kifayətdir.

İsrail mediasının keçirdiyi sorğulara əsasən, Likud 30-31 mandat qazana bilər.

Benyamin Netanyahunun rəqiblərindən olan İsrailin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi Yeş Atid partiyası isə 22-24 mandat qazana bilər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər