Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Banker.az xəbər verir ki, fərmanla İqtisadiyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan hökumətinə bildiriş göndərməlidir.