Amerikan onlayn nəhəngi olan “Amazon”un bazar dəyəri 987 milyard dollara düşüb. Qeyd edək ki, son iki ildə ilk dəfədir ki, 1 trilyon dollardan aşağı düşüb. NASDAQ birjasında “Amazon” səhmləri 5.5% ucuzlaşaraq 96.79 dollara enib.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
İndi yalnız dörd şirkət “dollar trilyonçular klubu”nun üzvüdür – “Apple” (2.4 trilyon dollar), “Saudi Aramco” (2.01 trilyon dollar), “Microsoft” (1.7 trilyon dollar) və “Alphabet” (1.17 trilyon dollar).
Riteylerin kotirovkaları ardıcıl beş gündür ki, düşür. Maliyyə hesabatının dərcindən sonra “Amazon” bazar dəyərinin 143 milyard dollarını itirib.