20 C
Baku
Saturday, October 12, 2024

Ərdoğan: “Seçki nəticəsi İsraillə münasibətləri normallaşdırmağa təsir etməyəcək”

Türkiyə İsraillə münasibətlərin normallaşdırılması prosesini bu ölkədəki seçkilərin nəticəsindən asılı olmayaraq davam etdirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə və İsrail normallaşma prosesini hər iki ölkənin həssas yanaşdıqları məsələlərə hörmət edərək davam etdirir.

Ərdoğan, Ankara və Təl-Əviv arasında yenidən səfirlərin təyin olunmasına dair razılığın əldə olunduğunu da xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər