10 C
Baku
Wednesday, November 27, 2024

İşğaldan azad olunan Köndələnçay su anbarının bərpasına 12 milyon manat xərclənəcək

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Ramco” QSC ilə 12 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası” nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 11 484 445 manatdır.

Qeyd edək ki, Köndələnçay üzərində 3 su anbarı var. Onlardan “Köndələnçay-1” su anbarı 1951-ci ildə inşa edilib və tutumu 2,1 milyon kubmetrdir. “Köndələnçay-2” anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay su anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir. Lakin uzun illər işğal altında qalan anbarlar ermənilər tərəfindən istifadə edilərək yararsız hala salınıb.

Son xəbərlər
Digər xəbərlər