“Banklarda faiz dərəcələri onun cəlb etdiyi vəsaitlərin dəyərindən formalaşır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, 9 ayın nəticəsinə uyğun ilk olaraq orta kredit faizləri 14,3%-dir: “Marja böyükdür. Bu gün bank sektorunda 5 milyard manatdan çox sərbəst pul var. Biz burada fundamental məsələlərə baxmalıyıq. Kreditə tələbatın yaradılmasını düşünməliyik. Kreditlərə tələbatın artırılması istiqamətində stimullaşdırıcı amilləri nəzərə almalıyıq. İnvestisiya fondları ilə bağlı düzgün qeydlər oldu. Növbəti ildən qanunların təkmilləşdirilməsini düşünürük, investisiya fondlarının yaradılmasına ehtiyac var. Biz investisiya fondları yarada bilərik. Girovlarla bağlı çətinliklərin olduğu ilə də razıyam. Bu sahədə görüşlər, müzakirələr aparacağıq”.