10 C
Baku
Wednesday, December 11, 2024

İngiltərə Mərkəzi Bankı uçot faiz dərəcəsini 75 baza bəndi qaldırıb

İngiltərə Mərkəzi Bankı (İngiltərə Bankı) uçot faiz dərəcəsi, yaxud əsas kredit faizini gözlənildiyi kimi 2.25%-dən 3%-ə qaldırdı ki, bu da 1989-cu ildən bəri ən böyük faiz artımıdır.

Banker.az bankın press-relizinə istinadla xəbər verir ki, İngiltərə Bankı cari rüb ərzində inflyasiyanın 40 ilin ən yüksək həddinə 11%-ə çatacağını proqnozlaşdırır, lakin Britaniya artıq potensial olaraq iki il davam edə biləcək resessiyaya girib – 2008-2009-cu il maliyyə böhranı dövründəkindən daha uzun müddətə.

İki siyasətçi, Silvana Tenreyro və Svati Dinqra, iqtisadiyyatın artıq resessiyada olduğu üçün müvafiq olaraq dörddə bir və yarım faiz bəndi kiçik artımlara səs veriblər.

Lakin Pul Siyasəti Komitəsinin əksəriyyəti, BoE proqnozlarını yekunlaşdırarkən maliyyə bazarlarına qiymət qoyulan 5.2% qədər yüksək olmasa da, dərəcələrin hələ də yüksəlməsinin lazım olduğunu bildirilib.

“Maliyyə bazarlarında qiymətdən aşağı həddə olsa da, inflyasiyanın davamlı olaraq hədəfə qaytarılması üçün Mərkəzi Bank faiz dərəcəsində əlavə artıra bilər”- deyə, bildirilir.

Qeyd edək ki, onun rəqibi olan ABŞ FED-i dünən 75 baza bəndi faizləri yüksəltdi, lakin FED uçot faiz dərəcəsini 4.00%-ə qaldırıb.

Son xəbərlər
Digər xəbərlər