10 C
Baku
Friday, November 1, 2024

İnfiniti Rusiyanı tərk edir

İnfiniti-nin Rusiya ofisi Rusiya bazarından çıxdığını elan edib.

Sosial şəbəkəsindəki rəsmi İnfiniti səhifəsində müştərilərə ünvanlanmış vida mesajı dərc olunub .

“Biz zəmanət şərtlərinə uyğun olaraq avtomobillərimizin bütün sahiblərinə xidmət dəstəyi göstərməyə davam edəcəyik. Və təbii ki, biz bütün rəsmi kommunikasiya kanalları vasitəsilə suallarınızı cavablandırmağa hər zaman hazırıq. Sizinlə vidalaşırıq”, – mesajda deyilir.

Yeni İnfiniti avtomobillərinin Rusiyaya çatdırılması 2022-ci ilin martında dayandırılıb.

Bundan əvvəl Nissan Rusiya bazarından çıxdığını və Sankt-Peterburqdakı zavodunu dövlətə məxsus FSUE NAMI şirkətinə satdığını elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər