3 C
Baku
Saturday, December 14, 2024

Ərdoğanın sözçüsü: “Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər”

Avropa Rusiya qazını Türkiyədəki “qaz qovşağı” vasitəsilə ala bilər, belə bir ehtiyac var.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində bildirib.

“Avropanın Rusiya qazından imtina etməsi asan proses olmayacaq, bu, illər çəkəcək, ona görə də indi Avropa üçün alternativ marşrutlar qurmaqdansa, Rusiya qazını Türkiyədən almaq daha sərfəlidir”, – Kalın bildirib.

O, həmçinin Avropanın Nabukko layihəsi üzrə uğursuz işi xatırladıb.

Türkiyə Prezidentinin sözçüsünün sözlərinə görə, rəsmi Ankara Ukraynadakı vəziyyətin nizamlanmasından sonra Qərblə Rusiya Federasiyası arasında qaz sahəsində əməkdaşlığın normallaşacağına inanır. Kalın Türkiyənin Aralıq dənizindən və alternativ mənbələrdən mümkün qaz tədarükünün əlverişli paylayıcısı olduğunu vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər