“Millikart” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “Millikart” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “MilliKart” prosessinq mərkəzi 2005-ci ildə yaradılmışdır və hazırda bank, bank olmayan kredit təşkilatları, həmçinin ödəniş təşkilatlarına xidmət göstərir.