ABŞ Ukraynaya saatda təxminən 2.5 milyon dollar ayırır.
Bunu təqaüddə olan amerikalı general-leytenant və Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Cozef Keyt Kelloq “Fox News”a müsahibəsində deyib.
O, ABŞ-ın Ukraynaya 18 milyard dollar dəyərində iqtisadi, humanitar və hərbi yardım göstərdiyini xatırladıb:
“Bu, Amerika vergi ödəyicisinin puludur. Amerikalılara izah etmək lazımdır ki, biz bunu niyə edirik, niyə Ukraynadayıq, orada olmalıyıqmı və hadisələrin arzu olunan nəticəsi nədir”.