11 C
Baku
Monday, November 25, 2024

Avropa LNG-nin idxalını kəskin artırıb

İlin əvvəlindən Avropa İttifaqı ölkələri 100 mlrd. kubmetrdən çox mayeləşdirilmiş təbii qaz (LNG) alıb ki, bu da artıq 2021-ci ilin tam həcmdən xeyli yüksəkdir və hətta bu növ yanacağın istehlakında keçmiş “lider”i olan Çinin aldığı həcmləri üstələyib.

2022-ci ilin yanvar-oktyabr aylarında Aİ-nin 27 üzvü ölkəsinə qlobal LNG tədarükü 105 mlrd. kubmetr təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 64 mlrd. kubmetr səviyyəsində olub, bütün ötən il ərzində isə Aİ ölkələri 78.1 mlrd. kubmetr həcmində LNG satın alıb.

Eyni zamanda, Çin 2021-ci ilin eyni dövründəki 87.5 mlrd. kubmetrə qarşı 2022-ci ilin ilk on ayında cəmi 69.9 mlrd. kubmetr LNG alıb. Ötən il ərzində Çin 108 mlrd. kubmetr LNG alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər