14 C
Baku
Saturday, November 23, 2024

Bu il əhali siqaretə 160 mln. manat xərcləyib – Bu illik 21% artımdır

Azərbaycanda əhalinin tütün məmulatları üzrə xərcləri artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 2022-ci ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatları üzrə dövriyyəsi 159 milyon 937 min manat təşkil edib.

Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə  27 milyon 918 min manat, yaxud 21% çoxdur.

Əhalinin bu məhsullar üzrə pərakəndə ticarət dövriyyəsi təkcə 2022-ci ilin üçüncü rübü ərzində  56 milyon 703 min manat olub.

Son xəbərlər
Digər xəbərlər