8 C
Baku
Friday, December 13, 2024

İnvestor Stimullaşdırıcı Lotereyası- dördüncü tirajı keçirilir

15 noyabr 2022-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasının dördüncü tirajı keçiriləcək.

Bu barədə Banker.az-a BFB-dən bildirilib.

Dördüncü tirajda 14 sentyabr 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının üzvü olan, İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1 000 manat qazanmaq şansı əldə edir.

Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.

Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tiraj şəkilində keçirilməkdədir. İlk tiraj 10.05.2022-ci il tarixində, ikinci tiraj 13.07.2022-ci il tarixində, üçüncü tiraj isə 14.09.2022-ci il tarixində keçirilmişdir. Dördüncü tiraj qeyd olunduğu kimi 15.11.2022-ci il tarixində keçirilməsi planlaşdırırlır.

Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 manat məbləğində mükafata sahib olacaq.

Tədbirin başlama vaxtı: saat 14:30, 15.11.2022-ci il

Tədbirin baş tutacağı məkan: Bakı Fond Birjası

Son xəbərlər
Digər xəbərlər